olkepress.com
olkepress.com

Rəsul Çunayev üçüncü dəfə ali məktəbə qəbul oldu

21-10-2021, 12:17

Rəsul Çunayev üçüncü dəfə ali məktəbə qəbul oldu

Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.

Ölkəpress.com xəbər verir ki, tanınmış idmançı Dövlət İdarəçilik Akdemiyasına qəbul olub.

Bu barədə o, özünün şəxsi “Instagram” hesabında yazıb:

“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.

İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Qeyd edək ki, R.Çunayev bundan öncə AzDBTİA və BDU-da ali təhsil alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi