olkepress.com
olkepress.com

Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

4-10-2021, 16:11

Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” görüşündə duyğusal an yaşanıb.

Ölkəpress.com-un xəbərinə görə, matçın gedişində “Qarabağ” komandasının futbolçularından birinin vurduğu zərbə vaxtı ilə “İmarət” azarkeş qrupunun fəal üzvü olmuş, şəhid Məhəmmədəli İbrahimlinin tribunadan asılmış bannerinə dəyib.

Həmin vaxt “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev topun dəydiyi hissəni əlcəyi ilə təmizləməklə diqqət çəkib. Oyundan sonra “Qarabağ”ın “İmarət” azarkeş qrupunun üzvləri rəqib qapıçını yanına çağırmaqla onu alqışlayıb.
Qeyd edək ki, kəşfiyyatçı əsgər olan Məhəmmədəli İbrahimli ötən ilin oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi