olkepress.com
olkepress.com

Mahir Emreli azərbaycanca onu sevdiyini bildirən polşalı qızı unutmadı - VİDEO

23-09-2021, 15:32

Mahir Emreli azərbaycanca onu sevdiyini bildirən polşalı qızı unutmadı - VİDEO

Millimizin futbolçusu Mahir Emrelinin Polşada fanatları çoxalıb.

Ölkəpress.com xəbər verir ki, Polşa Kubokunun 1/32 finalının “Viqrı” ilə görüşündə “Legiya” fanatlarından biri azərbaycanca “Səni sevirəm, Emreli” yazılmış pankard açıb.

Suvalki şəhərində keçirilən matç başa çatdıqdan sonra Mahir Emreli həmin qız fanata avtoqraf verib.
Qeyd edək ki, “Legiya”nın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Mahir Emreli meydana 57-ci dəqiqədə daxil olub. O, 80-ci dəqiqədə qol vurub. Bu, onun Polşanın son çempionunun heyətində vurduğu 8-ci rəsmi qol olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi