olkepress.com
olkepress.com

Bakıda iki qol vuran futbolçu Fransa klubuna keçdi

23-08-2021, 16:46

Bakıda iki qol vuran futbolçu Fransa klubuna keçdi

“Liverpul”un futbolçusu Cerdan Şakiri karyerasını Fransada davam etdirəcək.

Ölkəpress.com xəbər verir ki, İsveçrə millisinin Kosovo əsilli üzvü “Lion”la anlaşıb.

“Lion” klubu “Liverpul”la bu keçid barədə razılığa gəldiklərini açıqlayıb.

Qeyd edək ki, Cerdan Şakiri 2018-ci ildən “Liverpul”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçi əvvəl “Bayern” və “İnter” kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, Cerdan Şakiri AVRO-2020-nin A qrupunun Türkiyə ilə oyununda dubl müəllifi olub. İsveçrənin Bakı Olimpiya Stadionunda 3:1 hesabı ilə qalib gəldiyi matçda ikinci və üçüncü qollara Şakiri imza atıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi