Azərbaycan Premyer Liqasında çıxış edən klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcəklər.Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis artıq bununla bağlı klubun menecerlərinə tapşırıq verildiyini bildirib:
“Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsinlər, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları atırlar. Özüm də görürəm ki, buna ehtiyac var”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 3 əvəzetmə qaydasından istifadə olunur.
ölkəpress.com