olkepress.com
olkepress.com

Azərbaycanlı hakimlər peşəkarlaşacaq - DETALLAR

18-08-2021, 12:14

Azərbaycanlı hakimlər peşəkarlaşacaq - DETALLAR

Azərbaycanlı futbol hakimləri peşəkarlaşacaq.

Ölkəpress.com-un əldə etdiyi məlumata görə, bunun üçün Azərbaycanda “Peşəkar hakim” sistemi tətbiq olunacaq.

Belə ki, bu sistemə əsasən 10 seçilmiş referi və 15 assistant hakimlə (laynsman) AFFA arasında peşəkar müqavilə bağlanılacaq və onlar hər ay sözügedən qurumdan aylıq maaş alacaq. Bundan başqa, həmin hakimlər idarə etdikləri oyunlara görə qonorardan məhrum edilməyəcək.
Matç idarə edən baş hakim 700 manat, köməkçi hakimlər 400 və dördüncü hakim 300 manat qonorar almaqda davam edəcək.

Qeyd edək ki, bu sistem AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında öz təsdiqini tapacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi