olkepress.com
olkepress.com

Bakıda lüks avtomobil işıq dirəyinə çırpıldı - VİDEO

5-01-2021, 11:02

Bakıda lüks avtomobil işıq dirəyinə çırpıldı - VİDEOGecə saatlarında paytaxtın Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.

“Lexus” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yolayırıcı səkiyə, daha sonra yol hərəkəti nişanı və işıq dirəyinə dəyərək dayanıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobildə tüstülənmə baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alanlardan birinə yerində ilkin tibbi yardım göstərilib. Ağır xəsarət alan sürücü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.





ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi