olkepress.com
olkepress.com

İcra başçısı prezidentin ilk baş çəkdiyi aprel qazisini ələ saldı - VİDEO

27-11-2019, 18:33

İcra başçısı prezidentin ilk baş çəkdiyi aprel qazisini ələ saldı  -  VİDEOAprel qazisi Vüsal Muradov prezidentin baş çəkdiyi ilk hərbçidir. Bu gün o, ağır xəstədir, bədənində çürümə gedir. V.Muradova İranda həkimlər 1500 manat müalicəsi olduğu deyilib.

Sensasiya TV-nın hazırladığı süjetdən də görünür ki, onun kürək nahiyəsində ət çürüməsi prosesi getməkdədir. Qarabağ qazimiz borc-xərc edərək 1000 manat düzəldib. Amma heç cürə lazım olan pulu tamamlaya bilməyib. Bu minvalla mayın 31-də yaşadığı Bərdə rayonunda icra başçısı Vidadi İsayevin qəbuluna gedib.
Aprel əlili ümid edib ki, rayon rəhbəri ona 500 manat köməklik edəcək. Amma yanılıb. Həmişə olduğu kimi, bu dəfə də V.İsayev vətənpərvər insanların dar günündə dadına çatmayıb. İndiyə qədər ona müraciət edən məcburi köçkün, şəhid ailəsi, Qarabağ əlilləri necə qovulubsa, yola salınıbsa, məsxərəyə qoyulubsa, aprel döyüşçümüzün də başına eyni aqibət gətirilib.
V.Muradova pul olmadığını deyən V.İsayev həmin zaman keçirdiyi iclasda üç nəfərə əmr verərək aprel qazisini ələ salıb.
O, rayonun DSMF sədri Vidadi Kərimovu, Bərdə mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayevanı və “Qarabağ əlilləri və şəhid ailələri” Cəmiyyətinin xanım sədrini ayağa qaldırıb. İcra başçısı deyib ki, Şəkidə həkim var, V.Muradov onun yanına getsin. Aprel qazisini yola salmağı DSMF sədrinə tapşırıb, ayağa qaldırdığı iki xanıma isə göstəriş verib ki, onun cibinə hərəsi 50 manat pul salsın.
Doğurdan da bu yerdə adamın nitqi quruyur, boğazı düyünlənir, sözlər fikri ifadə etməyə yetmir. Vətən üçün sağlamlığını itirən bir insana, hamımızı, V.İsayevi qoruyan bir qəhrəmana 500 manat vermək imkanı olan, pulu başından aşan icra başçısı onu ələ salır, iki xanıma əmr edir ki, ona hərəsi 50 manat sədəqə versinlər. Bu adamın müalicə üçün 500 manata ehtiyacı var və Bərdənin hər qarışını satan, özünə, oğluna biznes quran icra başçısı 500 manat imkanı olmadığını bildirir. Prezidentin ilk baş çəkdiyi aprel döyüşçüsünü belə ələ salmaq, aşağılamaq dövlətə, ölkə başçısına hörmətsizlikdir. Bu münasibətlə dəfələrlə şəhid ailələrini, qaziləri təhiqr eləmiş V.İsayevin nəyə nail olmaq istədiyi aydın deyil. Onun və oğlunun hər gün xərclədiyi pullar dövlətin malıdır, V.Muradovun haqqıdır. Amma o, bu gün müalicəsinə 500 manat tapa bilmir, ağız açır, ələ salınır.Bəzən düşünürsən ki, V.İsayev Bərdəni niyə sevmir? Nə üçün bu şəhərə qənim kəsilib? Onun hansı əməllərindən başlayasan, bilmirsən. Birini yazırsan, o digəri ondan daha mühüm, daha inanılmaz olur. Şəhid ailəsini saymır deyirsən, sahibkara “divan tutur”, yaşıllıqları məhv edir söyləyirsən, məcburi köçkünü qapıdan qovur, ziyalıları saymır bildirirsən, vətəndaşın əmlakına qəsb edir. Bərdəni qarış-qarış satıb pul qazanır, insanları dinləmir.
Oxucular, ictimaiyyət şahiddir ki, dəfələrlə məcburi köçkünlər, ayrı-ayrı Bərdə sakinləri, rayonun nüfuzlu ziyalıları sosial şəbəkələrdə, canlı yayımda olublar. Onların Vidadi İsayevlə şəxsi qərəzi, düşmənçiliyi yoxdur. Sadəcə, problemlərin həll edilməsini istəyirlər, hüquq pozuntusuna son verilməsini tələb edirlər. Əgər Vidadi İsayev bir şəhid ailəsinin qapısını döysə, bir köçkünü qəbul eləsə, ona bir yardımı toxunsa, rayonda hansısa problemin həllinə göstəriş versə, əhali onu alqışlayar.
V.İsayev Bərdədə 20 Yanvar parkını 300 min manata satıb. İcra başçısı tamahına hakim kəsilə bilməyib və Şəhidlər Xiyabanını yox edib. Amma aprel qazisi V.Muradova 500 manat vermək imkanı yoxdur. İcra başçısının kəhkəşanlı imarətlərindən ikisi Mixaylovka və Ağcakənddəki villalarıdır. Belə xəbərlər dolaşır ki, tez-tez malikanələrinə baş çəkir. Həmçinin Bərdəlilər sosial şəbəkələrdə V.İsayevin qurduğu məclislərdən söz açırlar. Onun həftə sonları daha çox villalarına getdiyi iddiaları var. Gəl ki Qarabağ əlilini müalicə etdirməyə pul tapmır. Heç tapmasın!

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi