olkepress.com
olkepress.com

Milli Məclis yeni Baş naziri təsdiqlədi

8-10-2019, 16:48

Milli Məclis yeni Baş naziri təsdiqlədiAzərbaycanın Baş naziri Novruz Məmmədov vəzifəsindən istefa verib. Onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov namizəd göstərilib.

Milli Məclisin bugünkü plenar iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ səsverməyə çıxarılıb.

Olkepress.com Cebhe.info-ya istinadən xəbər verir ki, Milli Məclis Əli Əsədovu Baş nazir postuna təsdiqləyib.

Ölkə parlamenti Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Qeyd edək ki, bu günə qədər Baş nazir postunu tutan Novruz Məmmədov 2018-ci il 21 aprel tarixində təyin olunmuşdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi