olkepress.com
olkepress.com

Əli Kərimli hamını aksiyaya çağırıb özü gəlmədi

8-10-2019, 16:46

Əli Kərimli hamını aksiyaya çağırıb özü gəlmədiMilli Şura bu gün Bakı Şəhər İcra Hakimiyyəti yaxınlığında icazəli aksiya keçirib.

Cebhe.info xəbər verir ki, piketdə 50 nəfər iştirak edib.

Aksiyanın diqqət çəkən məqamı “Yurd” sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin aksiyaya qatılmaması olub. Halbuki BŞİH aksiyaya icazə verdiyi zamandan etibarən sosial şəbəkələrdə Əli Kərimli tərəfindən piketə qatılmaqla bağlı çağırışlar səslənib.

Piket iştirakçılarının təhlükəsizliyini Daxili İşlər Nazirliyinin əməkdaşları qoruyub. "İçərişəhər" metrostansiyasının bütün giriş-çıxış istiqamətlərində təhlükəsizlik tədbirləri görülüb.

Aksiyaya qatılmaq istəyən bəzi şəxslər qanunun tələbini pozmağa cəhd ediblər. Ancaq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, piket keçirənlərin sayı 50 nəfərdən çox olmamalıdır. Polis qanunun bu bəndinin pozulmasının qarşısını alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi