olkepress.com
olkepress.com

Diplomatik mənbə: “Azərbaycan-Ermənistan-Rusiya sammiti yanvarın ikinci ongünlüyündə baş tuta bilər”

5-01-2021, 12:15

Diplomatik mənbə: “Azərbaycan-Ermənistan-Rusiya sammiti yanvarın ikinci ongünlüyündə baş tuta bilər”Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər.

Bu barədə “İnferfaks” diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - deyə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər. Mümkün tarixlərdən biri isə 11 yanvardır.

“İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.

Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi