olkepress.com
olkepress.com

2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu

4-01-2021, 13:24

2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olduAzərbaycanda bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə 4 585 806 638 manat vəsait ayrılıb.

Həmin vəsaitin 1 934 288 659 manatı müdafiə qüvvələri, 260 612 183 manatı milli təhlükəsizlik, 281 620 334 manatı sərhəd xidməti, 3 901 203 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclənəcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi