"Tender kralı" Hacı Ramazan 100 milyonları ölkədən necə və hara çıxarıb
Gündəmdə sənət adamı Şəbnəm Tovuzludan heç də az populyar olmayan, ondan məşhurluqda geri qalmayan bir Hacı Ramazan Mirzəyev var
Onların münasibətlərinin olması barədə xəbərlərin ictimailəşməsi hətta sosial mediada bir şüarın trendə çevrilməsinə gətirib çıxarıb. Feysbuk aktivistləri, müğənnilər instaqram paylaşımlarında “Mənim də bir Həcim olsun”, “Məni də bir Həci saxlasın” üslublu replikalar palyaşırlar. Yəni, Hacı Ramazan kifayət qədər tanınmış, üzdə görünməsə də, pərdəarxası bir qəhrəmana, personaya çevrilib.
Ötən il Hacı Ramazan bağça açması ilə gündəmə gəlmişdi. Belə ki, “facebook”da “Azərbaycan reallığı” səhifəsi iş adamının müğənni Şəbnəm Tovuzlu üçün uşaq bağçası açdırdığı yazılmışdı. Mərdanov qardaşları ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan binanın 2-ci mərtəbəsində “Şəbnəm” uşaq bağçası fəaliyyət göstərirdi. Hacının müğəniyyə bağça hədiyyə etdiyi binada “SPA” mərkəzi, restoranlar, fitnes klub, marketlər və s. xidmətlər də var. R.Mirzəyev elektron mətbuatda sürətlə populyarlaşdı. Onun adı Şəbnəm Tovuzlu ilə çıxsa da, sonra başqa faktlar da meydana gəldi.
Ölkəpress.com aktualxeber.az-a istinadən yazır ki, iddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğulları” MMC-nin sahibi Ramazan Mirzəyevdir. Əslən Masallıdan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub. Deyilənə görə, R.Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavoduda inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin, N.Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.
Ramazan Mirzəyev gizli və şərikli münasibətlərdən yararlanaraq «Məmmədoğulları” MMC adı ilə təkcə bir ildə – 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin «qalibi” olub. 2009-2017-ci illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə 1 milyarda yaxın vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Hacı Ramazan Mirzəyevin böyük payı olduğu iddia edilir”.
Aktualxeber.az-a istinadən yazır ki, keçmiş mer Hacıbala Abutalıbovun “pulyuyan maşını” Ramazan Mirzəyevin həm də Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun yaxın dostu, şəriki olduğu vurğulanır. Bakı şəhər İcra Hakimiyyətinin bütün avtomobillərinin təmiri ilə də “Məmmədoğulları” MMC məşğul olur.Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülür. Bundan başqa “Bakı Şəhər İcra Hakimiyyəti “Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında kirayə avtomobillər götürərək istifadə edir. Xatırladaq ki, bir müddət öncə hacı Ramazan Mirzəyevin şirkətində bir çox vəzifəli şəxslərin yaxın qohumlarının çalışdığı barədə informasiyalar yayılmışdı.
Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının və “Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir. Bu haqda mətbuat geniş xəbərlər yayıb. Bütün bu iddialara isə R.Mirzəyev tərəfindən heç bir açıqlama verilməyib. Onun fikirlərini ətraflı şəkildə işıqlandırmağa, ona yönəlik ittihamlara aydınlıq gətirməsinə cavab haqq verməyə hazırıq.
Gələn sayımızda Kürdəmirin həbsdə olan keçmiş icra başçısı Ceyhun Cəfərovla Hacı Ramazan Mirzəyevin iş birliyi haqda geniş məlumat verəcəyik
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Ölkəpress.com