olkepress.com
olkepress.com

Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

27-09-2019, 20:56

Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilirBakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.
Bu barədə "Reporta" Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir: "Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi