Şəhid ailələri və sahibkarların Tərtər icra hakimiyyətinə yürüşü - rayonu etiraz dalğası bürüyür? - VİDEO
Qarabağ Azadlı Təşkilatı, şəhid ailələri, Qarabağ əliləri və sahibkarların da iştirakı ilə Tərtər icra hakimiyyətinə yürüş edəçək.
İXA.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, şəhid ailələri, Qarabağ əliləri və sahibkarlardan ibarət narazı insanlar rayonda inçidilərək, hörmətsiz edilib, İcra başçısı Müstəqim Məmmədov insanları narazı salaraq prezidentə qarşı qışqırdır.
Qeyd edilib ki, illərdir yığılıb qalan problemlərlə maraqlanmayan icra başçısının qəbulunda yerli sakinlər və məcburi köçkünlərlə yanaşı şəhid aillələri və əlilər günlərlə əziyyət çəkdirilsədə rayon rəhbəri ilə görüşüb dərdini deyə bilmir. Ümumiyyətlə icra hakimiyyətində bir rəsmi şəxs tapılmır ki, dərdli insanlarla maraqlanıb, problemlərini həll etsin...
Sosial şəbəkədə yayılan məlumatda oda bildirilib ki, icra başçısının bixeber idarəçiliyi insanları Tərtər icra hakimiyyətinə yürüş etməyə vadar edib. Məlumata görə, Qarabağ Azadlı Təşkilatı da rayonda yaranmış haqsızlığa bigənə qalmayıb. Təşkilat sədri bildirib ki, yaxın günlərdə problemlər həllini tapmasa, şəhid ailələri, Qarabağ əliləri və sahibkarların hüquqlarını müdafiə məqsədi ilə onlarında iştirakıyla Tərtər icra hakimiyyətinə yürüş olacaq.
İXA.az həmin video materalı təqdim edir:
Ölkəpress.com