olkepress.com
olkepress.com

Prezident Administrasiyasında parlamentlə bağlı xüsusi şöbə yaradılıb

11-03-2020, 09:11

Prezident Administrasiyasında parlamentlə bağlı xüsusi şöbə yaradılıbAzərbaycan Prezident Administrasiyasında parlamentlə bağlı xüsusi şöbə yaradılıb.

Ölkəpress.com-un məlumatına görə, bu barədə altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev deyib.
“Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı”, - deyə Prezident bildirib.
Ölkə başçısı qeyd edib ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.
“Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda, əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.
Ona görə hesab edirəm ki, bütövlükdə, - əlbəttə, bu, vaxt aparacaq, amma hər halda bunu etmək lazımdır, - biz qanunvericilik bazamızı təftiş etməliyik”, - İlham Əliyev əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi