Amil Baycan: "Prezidentin gənclərə verdiyi mesaj, gözəl gələcəyimizə zəmanətdir"
Xalqımızın qədim, möhkəm, zəngin, milli dəyərləri var və biz o dəyərlərə daim sadiq qalmağa çalışmışıq.
Öz dəyərlərmizi qorumaqla milliliymizi də qorumuş olmuşuq. O dəyərlərin hesabına heç bir əsarətdə itib, batmamışıq. Zaman-zaman inkişaf etmişik.
Bəli, dəyərlərmizə sadiq qalmağımız bizi mətnləşdirib, gücləndirib.
Bu dəyərlərdən biri də böyüklərə hörmət etmək, qayğı göstərmək olub. İndi, qərb ölkələrinin əksəriyyətində bu dəyərlər yoxdur, cəmiyyətləri ciddi böhran yaşayır.
Şükür Allaha ki, biz bu dəyərləri qorumuşuq və qoruyuruq.
Bu yaxınlarda ölkə başçısı İlham Əliyevin nümunəvi davranışı bir daha göstərdi ki, biz, bu dəyərləri qorumaq üçün hər zaman diqqətli olmalıyıq.
O birindən yaşca kiçik olan icra başçısına "Sən yaşca kiçiksən ordan otur" deməsi bir nümunə oldu.
Xüsusən, biz gənclərə əyani bir məsləhət verdi, cənab İlham Əliyev.
Bizlər hər yerdə-metroda, işdə, marşrutda,bütün içtimai və qapalı yerlərdə böyüklərlə nəzakətli davranıb, lazım gəldikcə onlara kömək etməyə çalışmalıyıq. Bu ənənə qərb dəyərləri tərəfindən məhv edilə biməz. Yaşadırlar, yaşatmalıyıq.
Böyüklərə hörmət gözəl gələcəyimizə zəmanətdir.