olkepress.com
olkepress.com

Türkiyə Prezidenti İlham Əliyevi təbrik etdi

10-02-2020, 10:03

Türkiyə Prezidenti İlham Əliyevi təbrik etdiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi