olkepress.com
olkepress.com

Engin Polat həbsxanada namaza başladı

9-12-2023, 17:13

Engin Polat  həbsxanada namaza başladı

Həbsdə olan türkiyəli fenomen Engin Polat kitab oxumağa və namaza başlayıb.

Bu barədə Dilan Polat və onun əri Engin Polatın vəkili Hüseyn Kaya məlumat verib. Onun sözlərinə görə, cütlük həbsdə olduqları müddətdə çox dəyişib.

Vəkil bildirib ki, Engin saç və saqqalını qırxdırıb. Namaza və kitablar oxumağa başlayıb. Halid Ziya Uşaklıgilin yazdığı “May və qara” romanını, Qoqolun “Palto”sunu, həmçinin vəkilin verdiyi başqa kitabları oxuyur.
Qeyd edək ki, 1897-ci ildə çap olunan “May və qara” romanı gənclərin arzularından və xəyal qırıqlığından bəhs edir.

Xatırladaq ki, sosial media fenomenləri olan Dilan Polat və Engin Polat cütlüyü çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirləndirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2024    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi