olkepress.com
olkepress.com

Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – VİDEO

19-01-2020, 14:05

Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – VİDEO35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu yanvarın 18-də seçicilərlə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında baş tutan tədbirə Arifoğlunun seçiciləri ilə yanaşı, təlimatlandırılmış bir neçə qadın da gəlib.
Maraqlıdır ki, gələn qadınlar kimi dəstəklədiklərini və yaxud kim tərəfindən göndərildiklərini də dolayısı ilə etiraf ediblər. Onlar R.Arifoğlunun sözünü kəsməyə və qalmaqal yaratmağa cəhd göstəriblər. Məlum olub ki, qadınlar bu dairədən digər əsas namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadəni dəstəkləyirlər.
Ən maraqlı məqam isə qadınların tədbirdən gedərkən bəlli mikroavtobusa minmələri olub. Aydınlaşıb ki, onları R.Arifoğlunun tədbirinə göndərənlər xüsusi maşın da tutub. Qeyd edək ki, bundan öncə R.Arifoğlu və İ.Ağazadə arasında təbliğat-təşviqat zamanı sərhədləri qorumaq və sivil metodlardan kənara çıxmamaq barədə razılaşma olmuşdu.
Hadisələrin əks olunduğu videonu təqdim edirik:

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi