olkepress.com
olkepress.com

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

19-12-2022, 08:55

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2184, hazırkı dövrədək isə 7 405 485 test aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi