olkepress.com
olkepress.com

Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı

31-10-2022, 09:07

Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı

Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı
Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı
Dilşad Bəhruzqızı (Müəllif) Dünən, 14:10
Müğənni Çinarə Məlikzadə Prezident İlham Əliyevin onu səhnəyə dəvət etməsindən danışıb.

OLAY yazır ki, bu haqda sənətçi “Söhbət musiqidən gedir” verilişinə qonaq olarkən söz açıb.

“4 mahnı ifa etdim. Mahnılardan biri də Rəcəb Tayyip Ərdoğanın sevdiyi türkü idi, ona sürpriz olaraq özəl hazırlamışdıq. Tək ifaçı mən idim. Qarışıq hisslər idi. Biz bu gün orada gözəl tədbirlər təşkil edə biliriksə, bunları şəhidlərimizə borcluyuq. Çox həyəcanlı idim, ilk dəfə idi, Prezidentlərin qarşısında çıxış edirdim. Hətta məni ora dəvət edəndə, donub qaldım ki, nə baş verir? Nə edəcəyəm, nə oxuyacağam? Cənab Prezidentimiz məni dəvət etdi, dedi ki, gəl, şəkil çəkdirək, çox qürurverici idi. İfalarımı da çox gözəl, səmimi qarşılayırdılar.



Rahat, pozitiv bir ortam idi. Mahnı ifa edəndə Türkiyə Prezidentinin reaksiyasına arada baxırdım, çox baxa bilmirdim. Çünki həyəcanımı tənzimləməyə çalışırdım. Belə anlarda özümdən asılı olmadan çox həyəcanlanıram, titrəyirəm və boğuluram”, - deyə, Məlikzadə vurğulayıb.

Xatırladaq ki, Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə səhnə almışdı. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “Dəvət edək bir şəkil çəkdirək”, - deyə, onu səhnəyə çıxarmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi