olkepress.com
olkepress.com

“Ağ Göl” Milli Parkını Ərəblərin Qanunsuz OVLAĞINA ÇEVİRƏN KİMDİR?

7-06-2022, 20:28

“Ağ Göl” Milli Parkını Ərəblərin Qanunsuz OVLAĞINA ÇEVİRƏN KİMDİR?

Son illər “Ağ Göl” Milli Parkının ərazisi ərərbələrin açıq-aşkar qanunsuz ov etdiyi məkana çevrilib. Bu barədə bir müddət öncə sosial şəbəkələrdə fotolarda paylaşılmışdı.

Həmin faktlar təsdiq edirdi ki, Ağ Göl Milli Parkının direktoru Xəzər Məhərrəmov da sələflərinin sui-istifadə etdiyi yolu ilə gedir.

Ölkəpress.com xəbər verir ki, Xəzər Məhərrəmovun “Ağ Göl” Milli Parkına direktor təyin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daxilində narazılıqla qarşılanıb.

Deyilənlərə görə, Xəzər Məhərrəmovun himayədarı ETSN-də nazir müavini kürsüsündə əyləşən Vüqar Kərimovdur və o, nazirlikdə xüsusi imtiyaza malikdir.

Nazir Muxtar Babayevdən sonra nazirlikdə əsas söz sahibi kimi tanınan Vüqar Kərimov özünə yaxın adamları vəzifələrə təyin etməklə məşğuldur. Onun yaxın adamlarından biri də nazirlikdən qovulmuş, hazırda “Ağ Göl” Milli Parkında direktör vəzifəsində çalışan Xəzər Məhərrəmovdur.

O, vaxtı ilə yol verdiyi ciddi nöqsanlara görə ETSN-in 7 saylı şöbəsindən qovulan Xəzər Məhərrəmovun birdən-birə nazirliyə işə bərpa edilməsi və qısa müddət sonra “Ağ Göl” Milli Parkı kimi strateji bir quruma direktor təyin edilməsi, məhz Vüqar Kərimovun himayədarlığı nəticəsində baş tutub.

Qeyd edək ki, Xəzər Məhərrəmovun birbaşa vəzifəsi “Ağ Göl” Milli Parkında ölkəmizin nadir flora və faunasını qorumaq və çoxaltmaq olsa da, o, parkın ərazisinin 2 min hektarını “BETA” şirkətinə satıb, yaz və payız aylarında ərəblərdən aldığı yüz min dollarla pula görə, Milli Parkın flora və faunasını məhv edir, payız-qış aylarında Ağcabədi, Beyləqan və İmişli bazarlarında qanunsuz ovlanmış balıq ticarətindən onminlərlə pul qazanır.

Qeyd edək ki, Xəzər Məhərrəmovun rəhbərliyilə “Ağ Göl” Milli Parkı əsil brokonyerlər yuvasına çevrilib. Burdan qanunsuz tutulan balıqlar, ovlanan quşlar isə əraziyə yaxın olan rayonların bazarlarında satılır. Hər kəs bilir ki, brokonyer rüşvətlə izn almasa, özbaşına “Ağ Göl” Milli Parkında ov edə bilməz. ETSN-ə aid olan idarə, təşkilat və qoruqlarda müasir texnologiyanın geniş tətbiq olunduğunu nəzərə alarsaq, bu, sadəcə mümkün deyil.

O zaman brokonyer və ərəblərin dövlət qoruğunda ov ovlamasına icazə verənlər var və bu icazəni verən də “Ağ Göl” Milli Parkının direktoru Xəzər Məhərrəmovdur.
Əgər bu məsələlərdən Xəzər Məhərrəmovun xəbəri yoxdursa, deməli direktor qoruğun mühafizəsini təmin edə bilmir. Direktor “Ağ Göl” Milli Parkının mühafizəsinə nəzarəti təşkil edə bilmirsə, demək vəzifəsinin öhdəsindən gələ bilmir. Direktor brokonyerləri qorumaqla vəzifəli olduğu dövlət qoruğunda yaxşı gəlir verən böyük bazar açıb.

Direktor Xəzər Məhərrəmov qeyd olunan qanunsuz ovu və digər mənfi halları dana, inkar edə bilməz. Yazılanlar yalandır, şərdir və böhtandır”- deyə bilməz. Çünki yazını “Ağ Göl” Milli Parkında çalışan, adının çəkilməsini istəməyən şahidin verdiyi xəbər əsasında hazırlanıb.

Mövzuya qayıdacağıq bizi izləyin.(Paralel.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi