5 saniyəyə 500-ə yaxın mənzil satan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial şəbəkələrin və medianın diqqət mərkəzinə düşüb. Agentliyin fəaliyyəti müzakirə edilir, sosial mənzillərin satışının şəffaf aparılmadığı bildirilir.Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum olan MİDA 11 aprel 2016-cı il tarixdə yaradılıb. DİA.AZ-ın qaynarinfo-ya istinadla məlumatına görə, Agentliyin İdarə Heyətinin sədri Sadiq İzzət oğlu Sadıqov 19 sentyabr 2018-cı ildə bu vəzifəyə təyin edilib.
Sadiq Sadıqov 1963-ci ilin 13 mayında Sumqayıt şəhərində anadan olub. Cərrah-həkim, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının keçmiş baş həkimi, mərhum İzzət Sadıqovun oğludur. Sadiq Sadıqovun qardaşı Rauf Sadıqov hazırda Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir. Bir sözlə atasının yolunu davam etdirir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmri ilə Azərbaycan və Sumqayıt şəhər səhiyyəsinin inkişafında əvəzsiz xidmətlərinə görə İzzət Sadıqovun yaşadığı binaya onun barelyefi vurulub və Sumqayıt küçələrindən birinə onun adı verilməsini təklif edib.
Barelyefin üzərində isə belə yazılıb: "Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri professoru”, Tibb elmlər namizədi İzzət Camal oğlu Sadığov bu binada yaşamışdır".
Ōlkəpress.com