olkepress.com
olkepress.com

Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı daha bir məlumat yayıldı – “FƏRƏH ƏLİEYANIN ADAMIYAM” - VİDEO

18-10-2021, 15:05

Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı daha bir məlumat yayıldı – “FƏRƏH ƏLİEYANIN ADAMIYAM”  - VİDEO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 1nəfər metodist, 4-nəfəri şöbə müdirləridir. Bildirilir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib.

Ardından isə Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimovun səs yazısı yayılıb. Səs yazısında Kamran Məsimov qeyd edib ki, bu müəllimlər Ceyhun Bayramovun nazir olduğu dönəmdə qeyri-qanuni işə götürülüb və 67 müəllimin qovulmasını isə Emin Əmrullayev tapşırıb, yəni onun adından kollecə arayış təqdim olunub. Təhsil Nazirliyi isə belə bir arayışın olmadığını deyir. İşdən qanunsuz qovulan müəllimlər Prezidentə, I Vitse-Prezidentə müraciət ediblər. Müəllimlər Baş Prokurorluğun və digər aidiyyatı hüquq-mühavizə orqanlarının diqqətini bu işə yönəlməsinə ümid edirlər. Görünüən odur ki, Emin Əmrullayev rüşvət müqabilində işə aldığı (belə iddialar sosial şəbəkələrdə səslənib) Nərmin Qaralovanın bütün psixi və əxlaqi qüsurlarına göz yummaq niyyətindədir.
Redaksiyamıza daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"Müəllimlər deyir ki, sentyabr ayının 28-də Pedaqoji Şura keçiriləcəyi haqqında bizə heç bir elan verilmədi. Biz bu xəbəri kənardan eşitdik. Məlumatdanaydın olur ki, Nərmin Qaralova Pedaqoji şuranın keçiriləcəyini ancaq yaxın adamlarına deyib. O bildirib ki, Şura 28 sentyabr saat 17:00da başlayacaq şöbələrin ixtisarı, birləşdirilməsi, struktur dəyişikliyi, bir də fənn biliklərinin ixtisarı məsələsi müzakirə olunacaq. Və saat 16:00 fənn birlikləri adlanan qrupa həmişə iclasların linki atılır. Çox gözləsək də, link atılmadı. Sonda linklər ayrı-ayrı şəxslər tərəfindən bizə göndərildi ki, iclasa qoşulmaq istəsəniz qoşularsız dedilər. Yəni müdiriyyət tərəfindən deyil, adi müəllimlər tərəfindən. Və həmin link vasitəsilə biz iclasa girsək, bütövlükdə 100 nəfərə yaxın müəllim yığışıb, iclasın başlanmasını gözləyirdi. 1 -saatdan sonra məlum oldu ki, ikinci başqa link hazırlanıb. Və həmin link ancaq müdiriyyətin tapşırdığı qanunsuz hərəkətlərinə göz yuman müəllimlərə göndərilib. O link də bəzi müəllimlər tərəfindən atıldı. O linklərə bəzi müəllimlər daxil ola bildilər. Eyni zamanda Pedaqoji şura zamanı "Teams” proqramının operatoru Aytən Məmmədova Nərmin Qaralovanın göstərişi ilə iclasa qoşulmaq istəyən Şöbə müdirlərini və qovulan müəllimləri bir- bir iclasdan əngəllədi. Müəllimlər Pedaqoji Şurada iştirak edə bilmədilər.”
Məlumatdan da aydın olur ki, Nərmin Qaralova həm Təhsil nazirliyinin, həm də kollecin qayda-qanunlarına, sözün əsl mənasında "tüpürüb”, ayaqlar altına atıb. Və bütün qərarlar pedaqoji heyətin yetərsayı olmadan qəbul edilir ki, bu daözü-özlüyündə cinayətdir. Ümid edirik ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti Kollecdə baş verənlərlə bağlı ədalətli addım atacaqdır.
Nərmin Qaralova qanunsuz qovduğu müəllimləri Fərəh Əliyevanın adı iləşantaj edir…
Məlumatagörə, keçmiş Baş prokuror Zakir Qaralovla qohumluq əlaqəsi olan Nərmin Qaralova, əsasən təhsil naziri Emin Əmrullayevin və kollektivə "rəfiqəmdir” deyərək təqdim etdiyi Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın adından istifadə edir: "Vəzifəyə gələr-gəlməz Humanitar Kollecin tələbələrini (keçirilən video konfransda) "şamtutan” adlandıraraq təhqir edən, bu kimi hərəkətləri ilə bütün Azərbaycanda "məşhurlaşan” direktor Nərmin Qaralovanın bu günə qədər cəzasız qalması bir daha sübut edir ki, ciddi psixi problemlərinin olması ehtimal edilən həmin qadın həqiqətən də kimlərsə tərəfindən himayə olunur”- deyə məlumatdaqeyd olunur.
Növbəti yazımızda isə Fərəh Əliyevanın Nərmin Qaralova ilə münasibətlərindən, eyni zamanda, direktorun İctimai TV adının şantajlarda necə istifadə etməsindən və bu işdə direktorun orada çalışan əri ilə bağlı məqamlara geniş yer ayıracağıq.
(XEBER.top)



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi