olkepress.com
olkepress.com

Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq” - VİDEO

29-01-2021, 11:38

Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq” - VİDEOİlk növbədə ərazidə ekspertlər çalışıb rəsmi məlumat verməlidir. Bu sözügedən ərazidə ilk torpaq sürüşməsi deyil.

Ölkəpress.com-un məlumatına görə, bu sözləri Badamdarda sürüşmə zonasına gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidədir. FHN-nin nəzdində xüsusi komissiya qrupu yaradılıb. Onlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər.

Bununla yanaşı tədbirlər planı hazırlanacaq. FHN-nin nümayəndələrinin də iştirakı ilə hazırlanacaq tədbirlər planı çərçivəsində dəymiş ziyanın hesablanması və digər məsələlər də öz əksini tapacaq”.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi