olkepress.com
olkepress.com

Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEO

25-11-2020, 11:51

Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEOBu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verilib.

AZTV işğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan Azərbaycan əsgərlərinin görüntülərini paylaşıb.
Qeyd edək ki, gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən – Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi