olkepress.com
olkepress.com

Saxta sənədlə mənzil satan "Avro Qrand"ın rəhbəri azadlığa buraxıldı - VİDEO

28-10-2019, 15:05

Saxta sənədlə mənzil satan "Avro Qrand"ın rəhbəri azadlığa buraxıldı - VİDEO
Bakıda dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Ölkəpress.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, apellyasiya şikayətindən imtina edilib, apellyasiya baxışına xitam verilib.
İttiham aktına əsasən, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. O, rəhbəri olduğu "Avro Qrand" şirkəti vasitəsi ilə Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. X.Cəfərov nəğd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.
Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri eyni mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işində 24 zərərçəkmiş var.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib və ona şərti cəza verilib. X.Cəfərov məhkəmə zalında azadlığa buraxılıb. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi