olkepress.com
olkepress.com

"Sultan Travel"dan vətəndaaşa qarşı DƏLƏDUZLUQ - VİDEO

10-12-2021, 10:55

 "Sultan Travel"dan vətəndaaşa qarşı DƏLƏDUZLUQ -  VİDEO

"Sultan Travel" şirkəti ilə bağlı dələduzluq iddiaları var.

Sonxeber.az-ın məlumatına görə, şikayətçi Kəmalə Əzimzadə Türkiyəyə səfər etmək niyyəti ilə "Sultan Travel" şirkətinə üz tutub.

Lakin, iddiaya görə, o, şirkətin dələduzluğu ilə qarşılaşıb.

Belə ki, şirkət 200 manat beh alsa da, sonradan səfərin alınmayacağını bildirib.

Hazırda isə "Sultan Travel" nə bilet verir, nə də ödənilən pulu qaytarır.

K. Əzimzadə polisə şikayət etdikdə ona sadəcə verdiyi behin qaytarıla biləcəyini vəd ediblər, şirkətlə bağlı isə heç bir tədbir görülməyib.

Aldadılan xanım belə dələduzların toruna düşməmək üçün insanları diqqətli olmağa çağırıb.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq istəsək də, cəhdimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı aşağıdakı audiodan dinləyə bilərsiniz:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi