olkepress.com
olkepress.com

Avtomobil alarkən ehtiyatlı olun - VİDEO

15-10-2021, 12:52

Avtomobil alarkən ehtiyatlı olun - VİDEO

Avtomobil almaq üçün 500 manat beh göndərdi, amma nə avomobili ala bildi, nə də verdiyi pulu. İndi Naxçıvan sakini çıxılmaz vəziyyətdə qalıb.

Pravda.az-ın məlumatına görə, belə bir hadisə ilə Naxçıvan sakini Pəhlivan Əliyev qarşılaşıb.

Onun sözlərinə görə, ötən ayın 27-də avtomobil almaq üçün elan saytlarından bir nəqliyyat vasitəsinə baxıb və elanda qeyd olunmuş mobil nömrə ilə əlaqə saxlayıb. Avtomobili satan şəxs isə maşının Şamaxıda olduğunu deyib. Həmin şəxs Pəhlivan Əliyevə bildirib ki, əgər avtomobili almaq istəyirsə, bunun üçün beh göndərməlidir.

Pəhlivan Əliyev iddia edir ki, Pərviz adlı şəxsə avtomobili almaq üçün ümumilikdə 500 manat beh verib. Üzərindən 17 gün keçməsinə baxmayaraq, Pəhlivan Əliyev həmin şəxslə əlaqə saxlaya bilmir.

Şikayətçinin sözlərinə görə, poçtdan maraqlandıqda məlum olub ki, Pərviz adlı şəxs həmin pulu Şamaxıdan yox, Bakıda yerləşən poçt şöbələrinin birindən götürüb.

Məsələ ilə bağlı vətəndaşı aldatmaqda adı hallanan şəxslə əlaqə saxladıq. Onun 2 mobil nömrəsindən birinə zəng çatmadı, digər ilə əlaqə saxladıqda isə sualı eşidəndən sonra telefonu söndürdü.

Ekspertlər isə tövsiyə edirlər ki, vətəndaşlar elan saytlarından avtomobil alarkən tanımadıqları şəxslərə onlayn qaydada və ya poçtla hər hansı ödəniş etməsinlər. Çünki belə hallar adətən dələduzların qurduqları tələlər olur.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi