olkepress.com
olkepress.com

Bakıda yağışlı havada “avtoş”luq edən sürücü həbs edildi - FOTO - VİDEO

30-09-2021, 19:29

Bakıda yağışlı havada “avtoş”luq edən sürücü həbs edildi - FOTO - VİDEO

Ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi BMW markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, hadisə paytaxt sakini Asif Niftəli tərəfindən törədilib. O, yol polisləri tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi