olkepress.com
olkepress.com

Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublar

29-01-2021, 13:07

Braziliyalılar eyni zamanda koronavirusun iki növünə yoluxublarBraziliyada eyni vaxtda yeni koronavirusun iki növünə yoluxma qeydə alınıb.

Bu barədə “Reuters” xəbər yayır.

Hər iki yoluxma halına ölkənin cənub hissəsində rast gəlinib. Xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib.

Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi