olkepress.com
olkepress.com

Tanju Çolak bu görüntülərdən sonra cərimələndi - VİDEO

29-01-2021, 12:16

Tanju Çolak bu görüntülərdən sonra cərimələndi - VİDEOTürkiyə milli komandasının keçmiş futbolçusu Tanju Çolak karantin qaydalarını pozub.

Veteran hücumçu dostları ilə birgə restoranda nahar edərək, sosial şəbəkədə paylaşıb. O, həmin videoda yeməyi belə tərifləyib: "İki dünya savaşı, dörd dünya çempionatının finalını gördüm, amma belə bir qaz görmədim".

Faktla əlaqədar araşdırmala başlanılıb. Məlum olub ki, görüntülər yanvarın 27-də İstanbuldakı restoranların birindəndir. Nəticədə obyekt sahibi və nahar edənlər ümumilikdə 13 876 türk lirəsi (3 219 manat) cərimələniblər.

Qeyd edək ki, Tanju Çolak futbolçu karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbağça" və "İstanbulspor" klublarının formasını geyinib. O, 1984 - 1991-ci illərdə Türkiyə millisində oynayıb. Çolak Türkiyə çempionluğu və kubokundan əlavə, bir sıra fərdi nailiyyətlərə imza atıb. Onun ən böyük uğuru isə 1987/1988 mövsümündə 39 qolla Avropanın ən yaxşı bombardiri sayılmasıdır.(yeniavaz)



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi