olkepress.com
olkepress.com

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa... - VİDEO

8-01-2021, 12:31

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa... - VİDEO“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”.

Ölkəpress.com xəbər verir ki, bunu Portuqaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Nazir Türkiyə-Ermənistan əlaqələrinin düzəlmə şərtini də səsləndirib: “44 günlük müharibə dövründə üç dəfə atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan hər dəfə bu atəşkəsi pozdu. Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər. Bu normallaşmadan isə bölgədəki hər kəsdən çox Ermənistan və onun xalqı faydalanacaq. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi