Hindistanda 300-dən artıq insan naməlum xəstəliyə görə xəstəxanaya yerləşdirilib - FOTO - VİDEO
Cənubi Hindistanın Andhra-Pradeş ştatında 315 nəfər naməlum xəstəlikdən xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb.
Bu barədə “The Hindu” xəbər yayıb.
Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərdən 46-sı uşaq, 70-i isə qadındır.
Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur.
Bir çoxunda vəziyyət stabil olaraq qalır.
Xəstələrdə koronavirus aşkarlanmayıb.
“Xəstəliyin törədicisi müəyyən edilməyib”, - deyə yerli səhiyyə orqanlarının nümayəndələri bildiriblər.
Ehtimal edilir ki, havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi yoluxma baş verib.
ölkəpress.com