olkepress.com
olkepress.com

ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi - VİDEO

11-11-2020, 15:12

ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi - VİDEOABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) “Hyperloop” nəqliyyat sistemi kapsulunun sınaqları keçirilib.

“Rosbalt”ın məlumatına görə, kapsulda sərnişinlər də olub.
İki sərnişini olan XP-2 kapsulu son dərəcə aşağı təzyiqin qorunduğu borulardan keçib. Testlər başa çatdıqda tərtibatçılar 28 sərnişin tutumuna qədər vaqonların istehsalını vəd edirlər.

Vakum qatar “DevLoop” sınaq sahəsindəki 500 metrlik boru bölməsi boyunca saatda 172 km sürətlə hərəkət edib. O, nəzəri olaraq saatda 390 km-ə qədər sürətlənməyə qadirdir və gələcəkdə bu sürətin 1,2 min kilometrə çatdırılması planlaşdırılır.

Daha kiçik prototipin bu növ səyahətin təhlükəsizliyini nümayiş etdirmək üçün hazırlandığı qeyd olunur.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi