olkepress.com
olkepress.com

Ermənistanın növbəti təxribatı və hərbi qulluqçumuzun şəhid olması xəbəri Türkiyə mətbuatında - VİDEO

21-09-2020, 18:26

Ermənistanın növbəti təxribatı və hərbi qulluqçumuzun şəhid olması xəbəri Türkiyə mətbuatında - VİDEOSentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun şəhid olması xəbəri Türkiyə mətbuatında da yer alıb.

Hadisə ilə bağlı geniş süjet hazırlayan “Haber Global” kanalı erməni əsgərlərinin atəşkəsi pozması və hərbi qulluqçumuzu şəhid etməsi faktını qabardıblar.

Müdafiə Nazirliyinin açıqlamasının da yer aldığı xəbərdə qeyd olunub ki, atəşkəsin pozulmasında Ermənistan hökuməti günahkardır.

Bundan əlavə, ötən gecə hərbçilərimiz tərəfindən vurulmuş Ermənistan silahlı qüvvələrinə aid pilotsuz uçuş aparatı haqqında da izləyicilərə məlumat verilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi