olkepress.com
olkepress.com

Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandı

1-09-2020, 11:24

Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandıRusiyada ilk dəfə sentyabrda risk qrupundan olan insanlar, xüsusilə həkimlər və müəllimlər peyvənd ediləcəklər.

TASS Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun açıqlamasına istinadla xəbər verir ki, bu ilin noyabr-dekabr aylarından sonra kütləvi peyvəndləmə planlaşdırılır.

Muraşkonun sözlərinə görə, dərmanın qeydiyyatdan sonrakı tədqiqatları bu həftə başlayacaq:

“Bu tədqiqatlar bütün nüansları, detalları izləməyimizə imkan verəcək. Peyvəndin təsirli, təhlükəsiz olduğunu görürük, amma daha da ətraflı araşdırma aparmaq istəyirik. Müxtəlif patologiyaları, bəzi özəllikləri olan xəstələrə rast gəlirik”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi