İranın Qum şəhərinin əhalisi köç edir - VİDEO
İranlılar Qum şəhərindən köç etməyə başlayıblar. Səbəb isə onların Novruz bayramını başqa şəhərdə qeyd etmək istəməsidir.
Ölkəpress.com xəbər verir ki, koronavirusun yayıldığı Qum şəhərini tərk edən yüzlərlə iranlının nəqliyyat vasitəsi küçələrdə növbəyə dayanıb.
İtaliyadan sonra ən çox ölüm faktı İranda (1135) qeydə alınsa da deyəsən onlar koronavirusa əhəmiyyət verməyib Novruz bayramına hazırlaşırlar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə iranlının Qum şəhərindən şəxsi avtomaşınları ilə köç etdiyi görünür.
Həmin görüntüləri təqdim edirik.