olkepress.com
olkepress.com

Türkiyə Suriyanın havadan müdafiə sistemini belə MƏHV ETDİ - VİDEO

4-03-2020, 22:25

Türkiyə Suriyanın havadan müdafiə sistemini belə MƏHV ETDİ - VİDEOTürk ordusu Suriyanın İdlib əyalətində Rusiya istehsalı olan Pantsir-S1 Zenit-Raket havadan müdafiə sistemini məhv edib.

Ölkəpress.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı çərçivəsində İdlib əyalətinin Serakib yaşayış məntəqəsi yaxınlığında aktiv fəaliyyətdə olan Rusiya istehsalı Pantsir-S1 hava hücumundan müdafiə sistemi olan zenit-raket kompleksi aşkar edilərək məhv edilib. Pantsir-S1 ZRK pilotsuz uçan aparat tərəfindən aşkar edilərək məhv edilib və bu drondakı kamera vasitəsi ilə anbaan qeydə alınıb.
40 km məsafəyədək hava hədəfini vurmağa qadir Rusiya istehsalı olan Pantsir-S1 zenit-raket kompleksi Suriyada əsəd rejimi tərəfindən istifadə olunur.







XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi