olkepress.com
olkepress.com

Yunan əsgərlər Türkiyədən köç edən miqrantlara qaz bombası atdı - VİDEO

29-02-2020, 12:28

Yunan əsgərlər Türkiyədən köç edən miqrantlara qaz bombası atdı - VİDEO Türkiyənin Avropaya getmək istəyən miqrantlara sərhədləri açmasından sonra qaçqınlar Ədirnəyə doğru yola çıxıblar.

Ölkəpress.com xəbər verir ki, Yunanıstan sərhədlərinə çatan mühacirlər yunan əskərləri tərəfindən zorakılığa məruz qalıblar.
Bu qaçqınlar Türkiyəyə əsasən Suriya, Əfqanıstan, İrandan gəliblər. Dünən axşamdan etibarən qaçqınların axın etdiyi Yunanıstanın sərhəd bölgəsində alov və tüstü səbəbindən qaçqınlar çətin vəziyyətə düşüblər.Aralarında daha çox azyaşlı uşağın hətta körpənin olduğu miqrant köçünə Yunanıstanın cavabı gözyaşardıcı qaz bombaları olub.
Hal-hazırda bir çox avropa ölkəsinin diqqət mərkəzində olan bu miqrant köçünə hələ ki Avropa İttifaqından müsbət fikir gəlməyib. Bazarqülə Kastanies sərhəd keçid məntəqəsinin neytral ərazisində isə Avropaya köçmək üçün yüzlərlə qaçqın gözləyir.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi