olkepress.com
olkepress.com

İstanbulda azərbaycanlı qız silahla saxlanıldı - VİDEO

19-02-2020, 17:34

İstanbulda azərbaycanlı qız silahla saxlanıldı - VİDEOİstanbulda restoranda dava zamanı azərbaycanlı qız silahla saxlanılıb.

Ölkəpress.com xəbər verir ki, ötən şənbə günü saat 04:30-da radələrində “Əsənyurd” (Esenyurt) adlanan ərazidə yerləşən restoranda dava baş verib. Davaya səbəb isə azərbaycan əsilli Gülsura A olub.
Belə ki, Gülsura A, sevgilisi Caner K və dostları restorana yemək yeməyə gediblər.
Restoranda Gülsura A. keçmiş sevgilisi Sərdar A.-la qarşılaşıb. Hadisə də bundan sonra baş verib.
Belə ki, qısqanclıq səbəbindən restoranda Caner K Sərdar A.-ya çiyini ilə vurub. Bundan sonra onu döyməyə başlayıb. Bununla kifayətlənməyən Caner K dostundan aldığı silahla havaya atəş açıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib.
Sərdar A isə ağır vəziyətdə xəstəxanaya yerləşdirilib. Caner K azərbaycan əsilli Gülsura A. polis tərəfindən saxlanılıb. Araşdırma zamanı polis Gülsura A.-nın alt paltarında saxladığı tapançada aşkar ediblər.
Məhkəmə qarşısına çıxarılan çütlük polis nəzarətində olmaq şərti ilə, şərti azadlığa buraxılıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi