Son günlər Ukraynanın cənub hissəsində, xüsusilə də Nikolayev vilayətində Rusiya Ordusunun iki həftə əvvəl işğal etdiyi kəndlər ardıcıl olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən azad olunub.Ukrayna Ordusunun əks hücumları nəticəsində qarşı tərəfin çoxlu sayda texnikası məhv edilib. Rusiya Ordusunun Nikolayevə raket hücumları ilə yanaşı, aviasiya hücumları da intensivləşib. Bu hücumlar daha çox işğal olunan qonşu Xerson vilayətindən təşkil olunur.
Hərbçilərin verdiyi məlumata görə, son 1 həftədə Ukrayna ordusu bu vilayətdə qarşı tərəfin 10-dan çox helikopteri, pilotsuz uçuş aparatı və təyyarəsini məhv edib.
Yeri gəlmişkən, ərazidə çəkiliş aparılan zaman Ukrayna hərbçiləri Rusiya Ordusuna məxsus növbəti vurulan helikopteri aşkarlayıb.
Helikopterlə yanaşı, ölən pilotlardan birinin meyiti də tapılıb. Məlum olub ki, sağ qalmış digər ekipaj üzvləri onu tələsik dəfn edərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Nikolayevin Qara dəniz istiqamətində və Xersonla sərhəddə gərginlik davam edir. Rusiyanın aviasiya texnikası isə hər gün sıradan çıxarılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Ōlkəpress.com