olkepress.com
olkepress.com

Doqquz millət vəkili aclıq aksiyasına başladı

15-11-2021, 20:07

Doqquz millət vəkili aclıq aksiyasına başladı


Gürcüstan parlamentinin doqquz müxalifətçi deputatı Mixail Saakaşvilinin klinikaya aparılmasını tələb etməklə aclıq aksiyasına başladı.

Ölkəpress.com xəbər verir ki, bu barədə qanunverici orqandakı Vahid Milli Hərəkatın liderlərindən biri Davit Kirkitadze açıqlama verdi.

Deputatlar aclıq aksiyasına başlayırlar: Davit Kirkitadze, Akaki Minaşvili, Temur Canaşia, Baçuki Kardava, Nika Maçutadze, Qiorqi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili, Abdulla İsmayılov.

12 gündür aclıq aksiyası keçirən Droa siyasi partiyasının lideri Elene Xoştariya Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı həkimlərə müraciət edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq prezidenti etiraz əlaməti olaraq 45 gündür aclıq aksiyası keçirir və aclıq aksiyasına yalnız multidissiplinar tibb müəssisəsinə köçürüləcəyi təqdirdə son qoyacağını bildirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi