olkepress.com
olkepress.com

“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub

9-04-2024, 21:26

“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elməddin Ələsgərli tərəfindən icra edilən “Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinin yekun müsabiqə və bağlanış mərasimi keçirilib.

Quba rayonu Küpçal kənd tam orta məktəbində təşkil olunan tədbirdə Quba rayonunun Üçgün, Qımıl, Küpçal və Qələdüz kənd ərazilərində yaşayan və təhsil alan 30 nəfər 8-10-cu sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Elməddin Ələsgərli bildirib ki, 4 ay davam edən layihənin əsas məqsədi şagirdlərdə şifahi nitq və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, araşdırma, təhliletmə qabiliyyətlərinin yüksəldilməsidir. Layihə çərçivəsində qeyd olunan məktəblərin şagirdlərinin iştirakı ilə ictimai natiqlik, debat, təqdimat bacarıqları mövzularında təlimlər keçirilib. Təlimlərin yekununda natiqlik müsabiqəsi üçün şagirdlərə “Yaşıl dünya naminə həmrəy olaq!” adlı mövzu təqdim edilib.

Layihənin eksperti Ramin Mahmudov bildirib ki, müsabiqədə şagirdlər verilən mövzu üzrə 3 meyar əsasında 5 ballıq şkala üzrə qiymətləndiriləcək və yekunda qalib və mükafatçılar müəyyən olunacaq.
Layihənin təlimçisi Etiram Sadıqzadə çıxışında bildirib ki, bu kimi layihənin kənd məktəblərində təhsil alan şagirdləri əhatə etməsi böyük önəm kəsb edir və belə layihələrin şagirdlərin özünüifadə bacarıqlarının inkişaf etdirilməsində müstəsna rolu vardır.

Rəsmi hissə başa çatdıqdan sonra müsabiqəyə start verilib.

Münsiflər heyyətinin yekun qərarına əsasən Quba rayonu Qımıl kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Seyidməmmədova Aytən Pərvin qızı 28 balla birinci, Küpçal kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Nəzirova Şahnaz Samir qızı 27 xalla ikinci, Quba rayonu Üçgün kənd ümumi orta məktəbinin 9-cu sinif şagirdi Mirzəliyeva Filiz Azad qızı 25 xalla üçüncü yeri tutub.

Yekunda qalib və mükafatçılar kubok, medal və diplomlarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub
“Danışmaqdan utanma - ictimai natiqlik müsabiqəsi" layihəsinə yekun vurulub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi