ALMAXANIMIN İSTANBUL KONSERTİ. 6- cı Televiziya və 5- ci Respublika Muğam Müsabiqələrinin qalibi , Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, Türk Dünyasının sevilən sənətçisi Almaxanım Əhmədlinin İstanbulda mart ayının 30- da " İst- Baku" ( İstanbul - Bakı) istirahət və əyləncə mərkəzində möhtəşəm solo konserti keçirilmişdir.Konsertdə xanəndə- müğənnini tanınmış skripkaçı Əzizağa Əlioğlu Qurbanovun rəhbərlik etdiyi " Naxçıvan instrumental ansamblı müşayiət etmişdir.Tədbirdə türk dövlətlərindən, eləcə də Güney Azərbaycandan müğənninin 100- lərlə fanatları iştirak etmişlər.Almaxanım solo konsertində Azərbaycan bəstəkarının xüsusu olaraq onun üçün bəstələdikləri mahnıları, milli muğamlarımızdan şöbələri və türk nəğmələrini məharətlə ifa etmişdir.Tamaşaçılar mahnıları sevdiklərindən ifa zamanı ona qoşularaq birgə oxumuşlar." Dilkeş" muğamını xanəndə səsləndirərkən gənc sevilən sənətçinin heyrətamiz nəfəs, melizm, zəngulə, səsin sehrindən təsirlənən tamaşaçılar göz yaşlarını saxlaya bilməmişlər.Daha sonra söz professor, tanınmış şair Vüqar Əhmədə verilib.Türk xalqlarının birliyindən söz açan Turanın Xalq Şairi Vüqar Əhməd Güney Azərbaycandan gələn qonaqları xüsusu ilə salamlamış" Azərbaycan" və " Təbrizim" şeirlərini oxumuş, onun çıxışı hərarətlə qarşılanmışdır. Sonda Almaxanım Rauf Məmmədovun " Yaşa mənim xalqım" bəstəsi ilə konserti tamamlamışdır.Bütün tamaşaçllar ayaq üstə sənətçini alqışlamışlar. Yekunda İstanbulda yaşayan soydaşımız, hüquqşünas, Qərbi Azərbaycan İcmasımın üzvü Ülfət Əzimoğlu tamaşaçılar adından müğənniyə dəvətlərini qəbul edib gəldiyinə və yüksək səviyyəli cıxışına görə təşəkkürünü bildirmişdir.