olkepress.com
olkepress.com

Fabrik sahibi öldü, işçiləri cənazədə atəşfəşanlıq keçirdilər - VİDEO

20-10-2021, 12:23

Fabrik sahibi öldü, işçiləri cənazədə atəşfəşanlıq keçirdilər -  VİDEO

Meksikanın Oaxaka vilayətində süd məhsulları fabrikinin sahibi Karlos Santiaqo Qomez vəfat edib.

Ölkəpress.com xəbər verir ki, şəxsin cənazə mərasimi isə xüsusilə diqqət çəkib. Belə ki, Qomezin işçiləri dəfn mərasimində atəşfəşanlıq keçiriblər.

Musiqi, rəqs və atəşfəşanlıqla keçirilən cənazə maraqlı anlara səbəb olub. Hətta fabrik sahibinin işçilərindən biri cənazədə pendir topu geyimi ilə rəqs edib.

İştirakçılar, Qomezin onun üçün belə bir cənazə mərasiminin təşkil edilməsindən çox məmnun olacağını bildirərək, əyləncələrinə davam ediblər.

Qeyd edək ki, Oaxacanın bəzi kəndlərində ölənlərin şərəfinə musiqi, atəşfəşanlıq və rəqslərlə cənazələr keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi