olkepress.com
olkepress.com

Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib

26-01-2021, 11:39

Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çeviribQax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin Qaxdakı qanunsuz əməllərindən daha birisi barədə ifşaedici materiallar yayılıb. “Qax Oyan” platformasının Facebook sosial şəbəkəsində yaydığı materialda icra başçısı Musa Şəkiliyevin daha bir qanunsuz əməli barədə faktlar öz əksini tapıb.

Qax.org.az xəbər verir ki, rayonun mərkəzi parkında – Qax rayonu Aydın Məmmədov küçəsində yerləşən Heydər Əliyev Parkında uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş elektrikli maşınlar olan manejin sahəsini qanunsuz zəbt edən icra başçısı həmin maneji bərpa etmək əvəzinə, orada iki mərtəbəli “Park kafe” adlı çayxana inşa edib. Çayxananın tikinti işləri isə icra başçısının doğma qardaşı Şəkiliyev Eldəniz Şaban oğlunun adına rəsmiləşdirib.

Mövzu ilə bağlı Qax rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq. (Qax.org.az)

Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi