olkepress.com
olkepress.com

Şəkidə DYP “əməkdaşları” vətəndaşı qonşusunun əli ilə necə döydürdülər?

27-11-2019, 10:44

Şəkidə DYP “əməkdaşları” vətəndaşı qonşusunun əli ilə necə döydürdülər?26 Noyabr 2019 by Aktual İNFO Şəkidə DYP “əməkdaşları” vətəndaşı qonşusunun əli ilə necə döydürdülər? üçünşərhlər bağlıdır

Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Prezident İlham Əliyrvə və aidiyyəti hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanlanməış müraciət ərizəsi Aktualinfo.org tərəfindən bir müddət öncə ictimailəşdirilmişdi. Vətəndaş Sadiq Əbdülrəhimovun üzləşdiyi problemlərin həll olunması ilə bağlı Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Daxili İşlər nairi Vilayət Eyvazova, Baş prokuror Zakir Qaralova yenə müraciət ünvanlayıb. Sadiq Əbdülrəhimov bu dəıfə ölkə başçısından Şəki rayon prokurorluğuna şikayəti əsasında qəbul edilmiş 24 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun qəddarcasına döyülməsinə sifariş vermiş şəxslərin tapılıb cəzalandırılmasını istəyir.Vətəndaş Sadiq Əbdülrəhimov Aktualinfo.org vasitəsilə ictimailəşdirilməsini istədiyi müraciətində yazır:
Cənab Prezident İlham Əliyev, DYP işçiləri tərəfindən mənə qarşı törədilən təxribat, quldurluq və şantajların dayandırılmas üçün bir daha Sizə müraciət etmək zorunda qalmışam. Əvvəlcə ardıcıllıqla xatırlatmaq istəyirəm ki,sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi avtomobilimi saxlamış və mənimlə mübahisəyə başlamışlar. Biri əl atıb qapını açır, digəri açarı almaq istəyir və s. anormal hərəkətlər. Sonda təhlükəsizlik kəmərinindən istifadə etməməyə görə protokol tərtib edirlər. Amma bir surətini vermirlər. Səhəri günü yenə gəlib yazdıqları protokolu tələb edib alıram.( videosu təqdim edilə bilər) Və görürəm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisənin olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam. Mən cərimənin protokol nömrəsinə görə ödəməyə görə bu sənədi onlardan alanda məlum oldu ki, bu DYP işçiləri əslində koordinat üzrə Yevlax – Zaqatal yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin hamımıza məlumdur ki, həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobilini gizli sövdələşmələri nəticəsində qanunsuz olaraq öz ərazisinə dəvət edir ki, iş yoldaşları “ac qalmasınlar” və 822 –nin ərazisinə daxil olub, dolansınlar. Qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına( aylıq plan məsələsi) görə onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir və əlacsız qalıb kənardan bu zonanın avtomobillərini “qarmağa” saldırmaq üçün bu yolu seçib pul qazanırlar.Qoy qazansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə xahiş minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni özləri əvəzimə ödədiklərini bildirdilər.( amma ödəmədilər)Bu məslənin heyfini məndən çıxmaq üçün oktyabrın 3-də günortadan sonra mənə bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarırlar. Şəki DYP İdarəsinin radalar üzrə kompüter mütəxəssisi Aqşin adlı birisi telefonda bildirdi ki, səni “zapravkanın” yanında gözləyirik.(Aqşinin səs yazısı əlavə edilir)Mən Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ 2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü formada,( sonradan öyrəndim ki, bu Aqşin adlı və gəldikləri avtomobil də dədəsinin adına olan dəlduz dəstədən birisidir.) digəri polis formasında idi.( Bu da Adamov Ramil idi) Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini həbs edib aparmalıyıq. Sürücülük vəsiqənm də güya ləğv olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, mən bu 10 manatı dərhal ödəyim. Onlar yanımda olan Hümmətov Ziyəddin Kamal oğlunun yanında dedilər, ya 200 manat hörmət elə ki, biz sistemdən bu cəriməni silək, ya da avtomobili aparmalıyiq və “prava”n da ləğv olunacaq. Mən dərhal 102 qaynar xəttinə zəng etdim. Bildirdilər ki, sənin cərimən olubdur və aktivdir. Cəriməni ödə məsələ bitsin. Qaynar xəttdə mənə cavab verən kişi yanımdakı polislə ( Adamovla) də danışdı. Mən yaxındakı aparatda cəriməni ödəməyə tanışımı göndərdim. Bu zaman özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri Adamov avtomobilimə oturub Şəki istiqamətində sürməyə başladı, digəri, mülki geyimli Aqşin də atasına məxsus olan, lakin sürücülük hüququ və etibarnaməsi olmadan dədəsinin 10 DJ 106 dövlət nişanlı, şəsxi VAZ 2106 avtomobillə onun arxasınca sürüb getdilər. Onlar mənim ödədiyim qəbzi də nəzrə almadılar. Bəli, bu mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın “ağlı başına gəlsin” ki, 23 sentyabr protokolunu niyə bizdən istəyib, alıb.Avtomobilimin oğurlanması faktına görə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verdim. Qeydə alındı. Amma ayın 16-a kimi heç bir tədbir görülmədi.
Avtomobilimin şübhəli şəxslər tərəfindən 4 oktyabr 2019-cu il tarixli yuxarı orqanlara etdiyim şikayətlərdən sonra Oğuz-Balakən şosse yolun komandiri Əli müəllim, Şəki DYP Bölməsi rəisi məni telefonla dəvət etdilər. Qeyri-rəsmi olduğuna görə getmədim. Sonradan 16 oktyabr saat 11-00-ra Şəki DYP rəisi rəsmi bildiriş göndərdi. 6-da DİN-nin polkovniki cənab Ceyhun Əliyev telefonda mənimlə məsələni müzakirə etdi və 16-da Şəkiyə gəlib izahat aldı. Elə Şəki Prokurorluğunda da 23-də müstəntiq Turala izahat yazdım. Amma bunların hamısı izahatı çox qısa etməyimi istəyirdilər. Bu gün də Ziyəddin Hümmətov Prokurorluqda yazdığı izahatında bir şahid kimi təsdiq etmişdir ki, DYP işçiləri olan mülki və polis formasındakı adamlar Sadiq Əbdürəhimovdan 1 il 2 ay əvvəl yazılmış 10 manatlıq cəriməni silmək üçün 200 manat pul istəmişlər, yoxsa avtomobili aparacaqlarını bildirmişlər. O ərizəsində Sadıx pulu verməyəcəyini, cəriməni dərhal ödəyəcəyini qeyd etsə də onlar NİVAnı dedikləri kimi oğurlayıb apardılar. Niva avtomobilini mən yalnız 23 oktyabrda DYP nın cərimə meydançasında götürdükdə təkərlərin hamısı boşalmış, yarasız vəziyyətə düşmüş, akumulyator sıradan çıxmışdır. Vurduqları ziyandan isə danışmaq əvəzinə DYP inspektoru R.Adamov yzdığı izahatında guya mənim yazdıqlarımın hamısı böhtan xarakterli imiş. Halbuki bu adam oktyabrın 11-də əmimoğlu Mehdinin 077 500 70 05 mobil nömrəsinə gizli nömrədən zəng edərək mənim gedib şikayət ərizəmi geri götürməyi tələb etmiş, bu günün sabahı da var deyərək təhdid mesajı yollamışdır. Və izahatında qəsdən yazmışdır ki, guya məni yolda hərəkətdə olan zaman saxlayıbmış. Halbuki, mənim qaynım Kamal onunla telefonda danışıb Sadiqin niyə axtardıqlarını soruşduqda Adamov bildimişdir ki, cəriməsi var tez gəlsin “zapravka”nın yanına. Soruşanda ki, nə qədər cəriməsi var? Cavab verir ki, nə dəxli var, var deməli gəlməlidir buraya ( səs yazısı təqdim olunur)
Şikayətimdə göstərilən faktlar üzrə Şəki rayon Prokurorluğunda müstəntiq Tural tərəfindən araşdırma aparıldı.Bu arada hadisənin baş verdiyi “Göynük petrol” yanacaqdoldurma stansiyasının kamera görüntüləri Adamov tərəfindən dərhal silinmişdir.Mən bu görüntülərə şəxsən baxdım və hadisələr 10 metr məsafədə ağacın üstündə yerləşən kamera vasitəsilə qeydə alınsa da mənə verməkdən imtina etdilər.
Şikayətimin nəticələri: 24 noyabrda Şəki İH tərəfindən verilən cavabdan aydın olur ki, 24 oktyabrda Şəki rayon prokurorluğunda şikayətim əsasında aparılan araşdırmaya əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Mənə isə hələ də 1 aydır ki, əsassız və saxta qərarın surəti göndərilmir. Elə ona görə müstəntiq Tural izahatı yazanda mənə təzyiq edirdi ki, qısa yaz, çox yazma. İndi aydın olur ki, müstəntiq niyə Aqşini və digər Yevlax şossesinə nəzarət edən və mənə saxta protokol yazan DYP işçilərini niyə araşdırmaya cəlb etməmişdir. O yalnız Adamovla bağlı epizodu xalaxətrin qalmasın deyə araşdırmış və onun xeyrinə yekunlaşdırmışdır. Oğurladıqları avtomobili, 10 mantlıq cəriməni silmək üçün şahid yanında istənilən 200 manat tələb edilən rüşvət haqqında, cərimənin ödəmə qəbzinin nəzərə alınmaması, radar cərimələrini yoxlayan və hər bir kənd üzrə belə sürücüləri araşdırıb tapdıqdan sonra onların evinə dədəsinin 10 DJ 106 nömrəli avtomobili ilə DYP işçisi Adamovla birlikdə gedib dələduzluqla məşğul olan bu dəstəyə hüquqi qiymət vermək əvəzinə, formal tərtib etdikləri araşdırmanın nəticəsiə görə “cinayət işinin rədd edilməsi” barədə əsassız QƏRARq əbul edilmişdir. Elə DİN-ndən rayonumuza mənim şikayətim əsasında təşrif buyurmuş polis polkovnik-leytenantı Ceyhun Əliyev də öz paqon yoldaşları ilə həmfikir olmuşdur.
Cənab Prezident! Mən Şəki Prokurorluğunun belə primitiv saxta araşdırmasına və general Zeynalov Ramizin mənə yazdığı formal cavab məktubuna doğrusu, cavab vermək və şikayətimi davam etdirmək fikrim yox idi. Amma mənim vəhşicəsinə döyülməyim sifariş olmasaydı .Belə ki, 19 noyabrda qonşum məni Şəki şəhərindəki şadlıq evinə toya dəvət etmişdi. Toyun ortasında digər qonşum mənə sözü olduğunu və həyətə çıxmağımı istədi. Elə ki, həyətə çıxan kimi məni dəvət edən və digər yekəpər yoldaşı heç bir söz demədən başladılar məni vəhşicəsinə, amansızlıqla döyməyə. Səs-küyə qaynım gələndə bu iki killer dərhal sürətlə hadisə yerindən qaçdılar.Onlar mənim əsas sifət nahiyəmi hədəfə alıb zərbələr endirmişlər. Çoxlu qan itirdim. Anam DİN-nin 102 xidmətinə zəng etdi. Şəki Polis İdarəsindən polkovnik-leytenant gəlib məndən izahat aldı. Şikayətimdən sonra bu cavanların valideynləri, qohumları gecə-gündüz evimizə minnətə gəldilər ki, şikayətimi geri götürüm. Mən isə sadəcə soruşdum ki, bu hadisə niyə baş verdi? Bu şərəfsizlərə qarşı mənim hardasa bir səhvim, borcum, inciklik və s. olubmu? Xeyr dedilər. Bir cavab verdilər ki, bəs sərxoş olmuşuq, bilməmişik. Mən də deyirəm ki, sərxoş adam spirt qəbul etdikdən sonra masada yatan adam olur. Siz isə normal qaydada məni toydan həyətə gəlməyimi normal danışıq və davranışla dəvət edirsiniz. və çox sərrast formada vəhşicəsinə ölümümə vurusunuz. Amma köməyə gələn olanda ən ayıq adamlar kimi sürətlə qaçıb aradan çıxırsınız. Axı mən hiss etmədim ki, siz sərxoş olmusunuz. və heçnə soruşmadan qəfil zərbələr vurmağa başladınız. Bu hərəkətin bir adı var. Hansısa alçağın mənə qarşı sifarişini yerinə yetirmək. Bu quldurların qohumları gecə-gündüz bilmədən evdə oturmağa qoymadıqları üçün mən şikayət ərizəmi geri götürdüm. Əslində bu muzdurlar məni əlil də etsələr mən günahı bunlarda görmürəm. Çünki bu adamlarla mənim heç bir düşmənçiliyim və ya hər hansı bir incilik belə aramızda olmamışdır. Amma qəti olaraq bilmək istəyirəm ki, bu muzdurlara məni vəhşicəsinə döyməyi və ağır xəsarət yetirməyi kim sifariş verib?Amma o da faktdır ki, general Zeynalov Ramizin Şəki DYP işçisi Adamovu yüngülcə inzibatı məsuliyyətə cəlb etməsi, Şəki Prokurorluğunun Adamovun dəstəsini ifşa etməməsi, faktiki qanunsuz hərəkətlərini ört-basdır etmək üçün, Bakıdan gələn DİN-nin polisi C.Əliyevi təzədən Bakıya yola salmaq üçün və sonda işini, vəzifəsini itirməmək üçün uşaq da bilir ki, külli-miqdarda zərərə düşmüşdür. Və araşdırmaların davam etdiyi bir zaman doğma əmim oğlu Mehdiyə elə həmin Adamov tərəfindən gizli nömrədən zəng edərək hədə-qorxu gəlmişdir ki, Sadiq şikayətini geri götürsün, yoxsa sonrası pis olar”. Bəli, deyilən kimi də oldu. Sonrası, noyabrın 19-da həqiqətən mənim üçün çox pis oldu. Yəni, mən xəbərdarlığımı 20-22 gün əvvəl əmioğlu vasitəsilə Adamovdan almışdım. Məni bu cür başqa heç kim hədələməmişdir. Amma bu gün də deyə bilmərəm ki, məni fiziki cəzalandırmaq, məhv etmək istəyən sifarişçi qəti olaraq kimdir. Bunu istintaq araşdırmasında müzdlüları sorğu-suala çəkməklə,məntiqlə sübuta yetirilə bilər. Və onu da qəti olaraq bildirirəm ki, bu günə qədər mənim heç kimlə bir düşmənçiliyim olmayıb və başqa heç kimdən də şübhələnmirəm.Təkcə məni hədələyən Adamovdan başqa. Mən adi bir avtomobil elektrikiyəm. kasıbçılıqla dolanıram. Şəhid ailəsi olsam da son 25 ildə dövlət tərəfindən ailəmizə hər hansı yardım və ya köməklik olmayıb.( Nə bir ev, torpaq, pul yardımı, avtomobil, və s.) Nə də biz qürurumuza sığışdırıb heç nə ummamışıq. Elə buna görə də Azərbaycanda yeganə şəhid ailəsiyik ki, təmənnamız olmayıb. Onu da bildirim ki, rəhmətlik atam Məmmədəli kişi ulu öndər Heydər Əliyevin bacanağı olmuş Fərrux dayıilə əmiuşaqları olublar.Onu da bir daha diqqətə çatdırmaq istəyirəm ki, Şəki DYP işçisi Adamovun mənə hədə-qorxu gəlməsindən sonra, oktyabrın 25-də cənab Daxili işlər nazirindən xahiş etmişdim ki, mənim və ailəmin təhlükəsizliyini təmin olunmasına göstəriş versin.Bu da nəticəsi.
Cənab Prezident! Şəki prokurorluğunun 24 oktyabr 2019-cu il tarixli qərarından məlum oldu ki, mülkü formada DYP adı altında quldurluqla məşğul olanlar müəyyənləşsə də, sonda cəzasız qaldılar.Ona görə də Sizdən xahiş edirəm ki, Şəki Prokurorluğunun 24 oktyabr tarixli əsassız qərarının ləğv edilməsini və bu məsələnin Qax rayon Prokurorluğunda vicdanlı və peşəkar müstəntiqlər tərəfindən araşdırılmasına və mənim qəddarcasına döyülməyimə sifariş verən cinayətkarın tezliklə tapılaraq cəzalandırılmasına göstəriş verəsiniz. Sağ olun.
Aktualinfo.org oxuculara xatırlatmaq istəyir ki,sözügedən mübahisə ilə əlaqədar baş Dövlət Yol Polisi İdarəsinin məsul işçisi Rüfət Quliyev redaksiyamıza vətəndaşın Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova olan müraciəti tərəflərindən nazarətə alındığı və nəticəsi barədə məlumat veriləcəyini bildirmişdi. Lakin vətəndaş Sadiq Əbdülrəhimovun növbəti müraciətindən də göründüyü kimi Baş Dövlət Yol Polisi İdarəsi Şəki Yol Polisi əməkdaşlarının qanunazidd əməllərinə heç bir hüquqi qiymət verilməmiş, əksinə şikayət etdiyinə görə vətəndaş səbəb olmadan döyülmüşdür. Burada Şəki rayon prokurorluğu əməkdaşlarının vətəndaşın şikayətlərinə səhlənkarcasına baxması və qanun çərçivəsində tədbirlər görməməsi də az rol oynamamaşdır. Mövzuya bir daha qayıdacağıq. Bizi İzləyin.
(Aktualinfo.org)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi