olkepress.com
olkepress.com

Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidlərin xatirəsinə "Bulaq" abidə kompleksinin açılışı oldu

11-01-2021, 11:48

Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidlərin xatirəsinə "Bulaq" abidə kompleksinin açılışı oldu
07 yanvar 2021-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş, Böyük Bəhmənli kəndindən olan 38 nəfər şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş "Bulaq" abidə kompleksinin açılışı olmuşdur.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhmənli kəndinin ziyalılarından və ağsaqqallardan bir qurup və şəhid ailələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən "Bulaq" abidə kompleksinin önünə əklil qoyulmuş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhid ailələri ilə söhbət zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələrinin və qazilərin Azərbaycan Respublikasının Prezidenti-Ali Baş Komandan İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu, problemlərinin həlli üçün müvafiq dövlət qurumlarına aidiyyəti tapşırıqların verildiyini onların diqqətinə çatdırmışdır. Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, vətən və millət yolunda öz istəyi ilə canından keçmiş və vətən torpaqlarını yağı düşməndən azad etmiş şəhidlər Azərbaycan xalqı və el-oba tərəfindən heç vaxt unudulmayacaq, onların xatirəsi daim ürəklərdə yaşayacaqdır. Bu abidə kompleksi isə yerləşdiyi əraziyə gözəllik verməklə yanaşı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq şəhid ailələrini növbəli şəkildə dinləyən rayon rəhbəri onları narahat edən məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar vermişdir.
Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə olkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqların bildirmişlər.

Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidlərin xatirəsinə "Bulaq" abidə kompleksinin açılışı oldu


Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidlərin xatirəsinə "Bulaq" abidə kompleksinin açılışı oldu


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi